Close

10:15
09 Yanvar 2025
09:22
09 Yanvar 2025

Pambıq lifi ixracından əldə olunan gəlirlər açıqlandı

"Azərbaycan 2021-ci ildə 190 milyon dollar dəyərində pambıq lifi, 51 milyon dollarlıq iplik ixrac edib. Bunların ortalama qiyməti kq. üçün 1.6 və 3.05 dollar idi. 2022-ci ildə isə Azərbaycan 163 milyon dollarlıq pambıq lifi ixrac etmişdi”.

Bunu TNS-ə iqtisadçı Xalid Kərimli deyib.

O qeyd edib ki, bu rəqəmlər 2020-ci ildə 100 milyon dollar olub: "2024-cü ildə ixracımız artıb, lakin qiymətlər düşüb. 2021-ci ildə pambıq lifinin orta qiyməti 1.62 dollar, 2022-ci ildə isə 2.3 dollar idi, 2023-cü ildə bu qiymət yenidən aşağı düşərək 1.7 dollar olmuşdu. Pambıq lifinin qiymətinin aşağı düşməsi pambıq yığanlar üçün yaxşı xəbər deyil. Bu azalmalar iplikdə də eyni istiqamətdə gedib. Faktiki olaraq, pambığın ölkəyə gətirdiyi valyuta 200-250 milyon dollardan çox olmur. Qiymətin aşağı düşməsi ölkəyə valyuta gəlişinin payını da azaldıb. Güman etmirəm ki, 2025-ci ildə də azalma eyni tempdə gedəcək. Ötən il ilə müqayisədə pambıq liflərinin qiymətində 16% azalma olub. Pambıq ipliyinin qiyməti də təqribən 12% azalıb. 2025-ci ildə tədricən qiymətlərin stabilləşməsini müşahidə edəcəyik. Növbəti ildə məhsuldarlıq problem yaratmasa, pambıq daha çox ölkəyə ixrac ediləcək. Bu da ixrac gəlirlərini formalaşdıracaq. Ümumiyyətlə, bu sektor ölkəmiz üçün çox vacibdir. Çünki ölkəyə valyuta gətirir. Eyni zamanda da bu, məhdudhəcmli gəlir sayılır".

Ayşən Azadova