Dollar ucuzlaşdı – Səbəb bu imiş
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın idxala yalnız məhdud tariflər tətbiq etməyi planlaşdırması ilə bağlı xəbərlərdən sonra dollar avro və funt-sterlinq qarşısında kəskin ucuzlaşmağa başlayıb.
Bu ucuzlaşmadan sonra dolların aqibəti necə olacaq?
Bu barədə TNS-ə açıqlama verən iqtisadçı Samir Heydərov bildirib ki, ötən gündən etibarən dünya mətbuatında Donald Trumpın tarif siyasəti ilə bagli təzadlı xəbərlər yayılmaqdadır.
İqtisadçı bildirib ki, Donald Trump bu xəbəri “fake” adlandırsa da, xəbər bazarda qısa müddətli kəskin volatillik – yəni, qeyri-sabitlik yaradıb: "Belə xəbərlər valyuta bazarına öz təsirini göstərir. Bazarda spekulyantlar bu kimi xəbərlərdən faydalanırlar. Uzun müddətli planda ABŞ dollarının məzənnəsi digər əsas valyutalara nəzərən artır. Sadəcə bu xəbərlə bağlı günlük periodda təxminən 10 punkt dəyər itkisi yaşanıb. Beynəlxalq valyuta bazarında belə hallar olur. Bazar çox həssasdır. Bu kimi xəbərlərə adekvat reaksiya verir. Sonradan yenə öz məcrasına qayıdır”.
Ayşən Azadova