Tarif Şurasının qərarı sənaye məhsullarını bahalaşdıracaq
"Təbii qaz və elektrik enerjisinin qymətinin tənzimlənməsi sənaye məhsullarının qiymətinə birbaşa və dolayısı ilə təsir edəcək".
Bunu TNS-ə açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, əgər sənaye məhsulu birbaşa son istehlakçıya satılacaq ölkədə istehsal olunursa, bu prosesdə ciddi qiymət dəyişikliyi müşahidə edə bilirik. Amma digər ölkədə istehsal edilərək Azərbaycana gətirilirsə, bu prosesdə dəyişiklik az hiss olunacaq: “İstər qazın, istər elektrik enerjisinin qiymətinin tənzimlənməsi birbaşa istehsal xərclərinin artması ilə müşahidə olunur. İstehsal xərclərinin artması isə təbii ki məhsulun maya dəyərinə də təsirini göstərir. Xərclərin artması məhsulun qiymətinin artmasına gətirib çıxarır.
Digər tərəfdən çatdırılma və loqistika xərcləri artdıqda həm də dolayısı ilə infilyasiya meyllərini də artırır. İnfilyasiya da sənaye məhsulunun qiymətinin artmasına səbəb olur.
Qaz və elekrtik enerjisinin qiymətindəki tənzimləmə sənaye məhsullarını sahələrindən asılı olaraq, 5-20 faizə qədər bahalaşdıra bilər. Az enerji sərf edən sahələrdə, məsələn, tekstil sahəsində qiymət artımı 5 faizə qədər olacaq”.