Qaz limiti yeniləndi, növbəti 2 ayda...
“Qaz və elektrik enerjisi ilə bağlı limit yenilənməsinə yanvarın 1-dən başlanılıb. Smart sayğaclarda yenilənmə avtomatik olsa da, mexaniki sayğaclarda yalnız abonentlərin müraciətindən sonra limit açılır”.
Bu barədə TNS-ə danışan iqtisadçı Akif Nəsirli qaz limitinin artırımasının vacibliyindən də bəhs edib: “Hesab edirəm ki, qaz limiti məsələsinə yenidən baxılmalıdır. Qaz istifadəsinin aşağı limiti ən az 2500 kubmetrədək qaldırılmalıdır.
Çünki orta statistik abonent il ərzində 2500 kubdan çox qaz istifadə edir. Bütün abonentlər, demək olar ki, payız aylarında mənzilləri qızdırmaq üçün qaz istifadəsinə başlayandan sonra noyabr-dekabr aylarında 2500 kubmetr orta limiti ötür. Abonentlərin 80-90 faizinin aşağı limiti yanvar-fevral aylarında aşılır. Ona görə də aşağı limitin ən az iki dəfə artırılmasına ciddi ehtiyac var”.
Aygün