Azərbaycanda quş əti niyə bahalaşıb?
Azərbaycanda quş ətinin qiymətində artım müşahidə olunur.
Məsələ ilə bağlı TNS-ə açıqlama verən iqtisadçı Xalid Kərimli qeyd edib ki, ət məhsulları (qoyun, mal, quş əti) son 11 ayda 5,9 faiz bahalaşıb: "Ölkədə inflyasiya 4 faizdən bir qədər çoxdur. Yəni, bu məhsullar üzrə qiymət artımı ümumi qiymət artımını üstələyir. Bunun səbəbi nədir? Mal və qoyun əti bahalaşandan sonra biz bilməliyik ki, bir müddət sonra quş ətinin də qiyməti artacaq. Çünki quş əti mal və qoyun ətinin əvəzedicisidir. Mal və qoyun əti bahalaşanda quş ətinə tələbat artır. Tələbatla yanaşı, qiyməti də artır".
İqtisadçının sözlərinə görə, toyuq ətinin bahalaşmasına broylerin istehsal xərclərinin artması da təsir göstərir: “Buraya işçilərin əməkhaqqı, daşıma, quşların bəslənmə xərcləri daxildir".
Ayşən Azadova