Close

Ən çox bu evlər satılır - Bakıda mənzillərin qiyməti artacaq

Azərbaycanda 2025-ci ildə mənzil bazarında kəskin qiymət artımı proqnozlaşdırılır.

Məsələ ilə bağlı TNS-ə danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bu, təkcə Azərbaycanla bağlı deyil, dünyada baş verən proseslərlə əlaqəlidir: "20 il əvvələ qayıtsaq - 2004-cü ildə Bakı şəhərində Yasamal və ya Nərimanov rayonlarında ən ucuz 1 otaqlı köhnə tikili mənzillərin satış qiyməti 4500 manat idi. Hazırda bu rəqəm təxminən 90-100 min manat aralığındadır. Sözügedən illərdə yeni binalardakı mənzilin bir kvadratı, ortalama 250-300 manat arası dəyişirdisə, indi bu qiymət 2500-3000 manatdır.

Yəni ilbəil əmlakların satış qiymətlərində artımlar müşahidə olunur. Bu, təkcə Azərbaycanla yox, həm də dünyada baş verən proseslərlə əlaqəlidir. Kəskin şəkildə olmasa da, 2025-ci ildə qiymətlərin artması gözlənilir. Son ilin statistikasına əsasən, əmlakların 70 faizə qədəri müxtəlif növ kredit şərtləri ilə ipoteka, bankdaxili kreditlərlə satılır. Hər hansı bir əmlak ipoteka krediti ilə satılırsa, əmlakın kredit müddəti bitməyənə qədər əmlak satıla bilmir. Yəni 10-25 il aralığı kredit müddəti olur ki, bu da həmin mənzillərin yaxın gələcəkdə təkrar satışa çıxmayacağından xəbər verir. İpoteka ilə təqdim edilən mənzillər daha çox sovetin zamanında tikilən köhnə 9 mərtəbəli və çıxarışlı yeni tikili binalardır”.

Ayşən Azadova