2025-ci il üçün dövlət büdcəsi haqqında qanun qəbul edildi
13
11:30 - 16 Dekabr 2024
2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat olacaq.
TNS-in xəbərinə görə, bu, Milli Məclisdə müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Gələn il dövlət büdcəsinin xərcləri isə 41 milyard 407,6 milyon manat olacaq.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.