Dünya bazarlarında neftin qiyməti cüzi bahalaşıb
8
11:06 - 11 Dekabr 2024
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin fevral müqaviləsinin dəyəri 0,62% artaraq 1 barelə görə 72.64 ABŞ dolları təşkil edib.
TNS-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 0,67% artaraq 1 barelə görə 69.05 ABŞ dolları olub.