Close

Bankalara əmanət qoyanların nəzərinə: 2025-ci ildə...

Mərkəzi Bankı sədri Taleh Kazımov bildirib ki, 2025-ci ildə Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf diapazonunda saxlanılmasıdır. O əlavə edib ki, növbəti ildə inflyasiyanın 5.8 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.

Mövzu ilə bağlı TNS-ə açıqlama verən iqtisadçı Ruslan Atakişiyev bildirib ki, inflyasiya dərəcəsinin gələcəkdə 6 faiz səviyyəsində saxlanması makroiqtisadi stabillik baxımından əhəmiyyət kəsb edir.

Ruslan Atakişiyev qeyd edib ki, Mərkəzi Bank bu yolla maliyyə bazarında stimullaşmanı formalaşdırmağa çalışır: “Hər hansı bir banka əmanətçilər pul vəsaiti qoyduqda onların illik qazancı əmanətlərinin maksimum 12 faizi qədər olur. İnflyasiya səviyyəsi yüksək olduğu zaman əldə olunan real gəlir azalır. Bu da vəsaitlərin yatırılması zamanı effektivliyə təsir göstərir. İnflyasiya səviyyəsinin qiymət artımı çərçivəsində yüksəlməsi iqtisadiyyatda investisiya qoyuluşunda risklərinin artmasına gətirib çıxarır. Hesab edirəm ki, makroiqtisadi sabitlik həm investisiya qoyuluşuna, həm də maliyyə bazarının dayanıqlı inkişafına müsbət təsir göstərir”.

Ayşən Azadova