Avropada qaz böhranı – Hansı ölkələri donma təhlükəsi gözləyir?
Avropa yeni təbii qaz böhranı ilə üz-üzədir.
Anbarlardakı ehtiyatların sürətlə azalması və Rusiyadan tədarükün dayanması Avropada qışın asan keçməyəcəyini göstərir.
Böhrandan ən çox hansı dövlətlər zərər görəcək?
Mövzu ilə bağlı TNS-ə açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, Avropanın 2022-ci ilin əvvəlində yaşadığı enerji böhranını bir daha yaşayacağına inanmır.
O qeyd edib ki, həmin vaxt düşdüyü çətin vəziyyətdən çıxan Avropa problemin öhdəsindən gələcək.
"Rusiya qazından 40 faizdən çox asılılığı olan Almaniya bu asılılığı ciddi həcmdə azalda bilmişdi. Almaniya buna Azərbaycan da daxil olmaqla alternativ istiqamətlərdən - Qətər və ABŞ-dən "LNC" qaz tədarükünün həyata keçirilməsi hesabına nail ola bildi. Hazırda Avropanın təhlükəsizlik problemləri var, amma ciddi deyil. Söhbət anbarlardan gedirsə, ümumiyyətlə biz hansı il görmüşük ki, noyabr-dekabr aylarında anbarlarda azalmalar olmasın? Yəni hər zaman ilin bu aylarından anbarlarda azalmalar müşahidə edilir", - deyə Eldəniz Əmirov bildirib.
Ayşən Azadova