Close

22:21
21 Yanvar 2025
21:20
21 Yanvar 2025
20:20
21 Yanvar 2025

Ölkədə ən çox hansı evlərin qiyməti artıb?

Son aylarda Azərbaycanda, xüsusilə paytaxt Bakıda daşınmaz əmlak bazarında durğunluq müşahidə olunur.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev TNS-ə durğunluğun səbəblərini açıqlayıb.

Ekspert bildirib ki, paytaxt Bakının əmlak bazarında kəskin qiymət artımları baş verir. Ən çox bahalaşma 2023-cü ildə müşahidə olunub: “Bəzi əmlakların qiyməti 25-30 faizə qədər artıb. Buna görə, 2023-cü ilin oktyabr ayından əmlak bazarında ciddi bir durğunluq hökm sürür. Alınan evlərin demək olar ki, 70 faizi ipoteka krediti və müxtəlif şərtlərlə ilə təklif olunan əmlaklardır”.

Ekspert fərdi yaşayış evlərindəki vəziyyətdən də danışıb. Onun sözlərinə görə, yüksək qiymətə satılan həyət evləri əsasən, çıxarışı olan mülklərdir. Çıxarışı olmayan evlər isə ucuzdur: “Amma bu evləri almaq risklidir. Buna baxmayaraq, insanlar riskə gedib, sənədsiz evləri alırlar”.

E. Fərzəliyev bildirib ki, fərdi yaşayış evlərinə tələbat daha çox aprel və may aylarında başlayır, avqust ayına qədər davam edir. Sentyabrdan növbəti ilin aprel və may aylarına qədər isə həyət evlərində və torpaq sahələrində mövsümi durğunluq höküm sürür.

Ayşən Azadova