Close

17:32
26 Dekabr 2024

Parlamentdə büdcə müzakirələri nə vaxt başlayacaq?

Milli Məclisdə büdcə zərfi layihəsinin müzakirəyə çıxarılacağı vaxt məlum olub.

Milli Məclisin deputatı Vüqar Bayramov TNS-ə bildirib ki, 2025-ci il üzrə büdcə zərfi layihəsinin gələn həftə müzakirəyə çıxarılması gözlənilir.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsini oktyabrın 15-də Milli Məclisə daxil olub.

2025-ci il dövlət büdcəsinin gəlirləri və xərcləri ilkin variantla müqayisədə artırılaraq müvafiq olaraq, gəlirlər 38 milyard 316 milyon manat, xərclər isə 41 milyard 367,6 milyon manat məbləğində müəyyənləşib. Dövlət başçısının göstərişinə əsasən, Nazirlər Kabineti tərəfindən təqdim olunmuş 2025-ci il dövlət büdcəsinin ilkin layihəsi ilə müqayisədə büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılıb. Yeni dəyişikliklərdən sonra büdcədə müdafiə və milli təhlükəsizlik xərclərinin məbləği 6 milyard 658,3 milyon manatdan 8 milyard 396,3 milyon manata çatdırılıb.

Aygün