Close

19:41
05 Noyabr 2024
19:10
05 Noyabr 2024
17:43
05 Noyabr 2024

Un bahalaşdı - Çörəyin qiyməti artacaqmı?

Ötən ayla müqayisədə Azərbaycanda unun topdansatış qiyməti artıb.

TNS xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, noyabrın 4-dən etibarən istehsalçılar unun qiymətini 70 qəpik artırıblar.

Rəsmi məlumata görə, ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 25,95-28,20 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 25,30-27,50 manat təşkil edib.
Unun qiymətinin artması çörəyin qiymətinə təsir edə bilərmi?

Mövzu ilə bağlı TNS-ə açıqlama verən iqtisadçı Akif Nəsirli bildirib ki, unun qiymətində artım az olduğundan hazırda çörəyin maya dəyərinə o qədər də ciddi təsir göstərmir: “İndiyə kimi çörək maya dəyərindən kifayət qədər baha, demək olar ki, ikiqat baha satılıb. Ona görə də çörəyin qiymətində bahalaşma müşahidə olunacağını düşünmürəm”.

Qeyd edək ki, noyabrın 4-dən etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağdakı kimi müəyyənləşib:

"Dəvəçi-Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,70 manat;

"ATS MİLL", “Taxıl AQRO” və "Qarabağ un" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27 manat;

"Anadoluqida" və "AVETA" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27,20 manat;

"Azeri-Arapoğlu U.S.və T.LTD" BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 28.20 manat;

"Dəvəçi-Taxıl" və "Avrora" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,50 manat;

"Gəncə Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.40 manat;

"Bakı Taxıl Terminalı”, "Hazartürk LTD", "KARAT HOLDİNQ”, “Dəniz un sənayesi LTD", "Sünbül 2012", “Karmen", "Orxan UN", Xırman"MMC-lərə, eləcə də "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "PAK-NUR" FİRMASI və "Səma" fərdi firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,10 manat;

"NEON" Firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.65manat;

"Nural" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,30 manat;

“SKY AGRO” MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 25,95 manat.

Aygün