Close

09:50
18 Oktyabr 2024
09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

Azərbaycanda kərə yağları bahalaşdı - SƏBƏB

Son vaxtlar ölkədə kərə yağlarının qiymətində artım müşahidə edilir.

Bahalaşmaya səbəb nədir?

TNS-in bununla bağlı sualını cavablandıran iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycana xaricdən kifayət qədər kərə yağları idxal edilir.

Onun sözlərinə görə, Avropada kənd təsərrüfatı sahəsində məhsuldarlığın azalması müşahidə edilir: “Buna görə, hazırda bütün dünyada süd və süd məhsullarının qiymətində artım var. Ölkəmizdə kərə yağlarının bahalaşması da bu amillə bağlıdır.

Son bir ildə dünyada kərə yağlarının, ümumiyyətlə süd məhsullarının qiymətində 15 faiz civarında artım var. Hazırda ölkəmizdə idxal yağlara da tələbat artıb. Bütün bunlar bahalaşmaya səbəb olur”.

İqtisadçı qeyd edib ki, iqlim dəyişiklikləri, otlaq sahələrinin azalması, heyvanlara verilən yemlərin bahalaşması və digər səbəblər süd məhsullarının qiymətinin artması ilə nəticələnir: “Yerli süd məhsullarının bahalaşması həm də yemin qiymətlərinin artması ilə əlaqədardır”.

Ayşən Azadova