Close

09:50
18 Oktyabr 2024
09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

Gələn ilin büdcə layihəsi Milli Məclisə təqdim edildi

Prezident İlham Əliyev “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib.

TNS bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Layihəyə əsasən, gələn il Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 36 milyard 616 milyon manat, xərclərinin isə 39 milyard 667,6 milyon manat olacağı gözlənilir. Bunlar 2024-cü ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 0,6 % çox və 0,2 % azdır.

Son nəticədə dövlət büdcəsində 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.