Close

09:50
18 Oktyabr 2024
09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

Milli valyutalar ucuzlaşacaq, inflasiya artacaq - Bizi nə gözləyir?

İsrailin İrana mümkün hücumu enerji təchizatını poza və neft qiymətlərinin sürətlə artmasına səbəb ola bilər. Xüsusilə, Avropada hiss olunacaq yeni enerji böhranının yaranacağı bildirilir.

İsrail ötən həftə İranın öz ərazisinə raket hücumuna görə sərt cavab verəcəyini bəyan edib. Bu, hələ baş verməsə də, İranın nüvə proqramının və ya neft obyektlərinin hədəfə alınma ehtimalı gərginliyi daha da artırır.

TNS TRThaber-ə istinadən Fatih Sultan Mehmet Vəqfi Universiteti müəllimi, iqtisadçı Bilal Bağışın İsrailin İrana mümkün hücumunun neftin qiymətinə təsiri ilə bağlı fikirlərini təqdim edir.

Bilal Bağışa hesab edir ki, Yaxın Şərqdə artan xaos qlobal enerji bazarlarına ciddi təsir göstərəcək: “Rusiya-Ukrayna müharibəsi ilə müqayisədə Yaxın Şərqdəki münaqişənin daha dağıdıcı nəticələri olacaq.

Yaxın Şərq qlobal enerji resurslarının 50 faizinə sahibdir. Hörmüz boğazı və Süveyş kanalı kimi kritik nöqtələr dünya ticarəti üçün həyati əhəmiyyət daşıyır. Regionda gərginliyin artması səbəbindən xüsusilə qış aylarında enerji tələbatının pik həddə çatacağı bir dövrdə Avropa başda olmaqla bir çox regionda iqtisadi çətinliklər yarana bilər”.

Onun fikrincə, qarşıdurma neftin qiyməti ilə yanaşı, inflyasiya və staqflyasiya risklərini də artıracaq: “ABŞ enerji baxımından daha müstəqil olduğu üçün bu böhran ona ciddi təsir etməyəcək. Lakin Avropa və Asiya ölkələri enerji qiymətlərinin artmasından çətin vəziyyətə düşə bilər.

Yəni İsrail və İran arasındakı mümkün müharibə regional böhranla məhdudlaşayacaq, qlobal neft bazarlarına, ticarətə, dünya iqtisadiyyatına ciddi təsir göstərəcək. Enerji qiymətlərinin artması inflyasiya təzyiqlərini artıra və dünya iqtisadiyyatını tənəzzülə sürükləyə bilər.

Belə ki, enerji qiymətlərinin artması fonunda milli valyutalar dəyərdən düşəcək, ciddi böhran yaranacaq”.