Close

09:50
18 Oktyabr 2024
09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

Kredit kartlarına hansı halda güzəşt tətbiq olunur?

Banklar tərəfindən təklif edilən kartlar vasitəsilə vətəndaşlar nağdlaşdırma, ödəniş etmək kimi imkanlara sahib olur.

Hər bank tərəfindən kartdan xərclənən məbləğin geri qaytarılması üçün müəyyən güzəşt müddəti verilir. Bəzi hallarda vətəndaş bu güzəşt müddətini keçir və artan borcunu ödəməkdə çətinlik çəkir. O zaman da müştəri ilə banklar arasında problem yaranır.

Bu kimi halların qarşısının alınması üçün kredit kartlarının verilməsində dəyişiklik ola bilərmi?

İqtisadçı Eldəniz Əmirov məsələ ilə bağlı TNS-ə bildirib ki, bank tərəfindən istifadəçinin maliyyə göstəricilərinə, gəlirlərinə uyğun olaraq kredit kartına vəsait qoyulur.

eldeniz_ceferov

O qeyd edib ki, hər bir istifadəçi kartdan istifadə etdiyi məbləği müəyyən zamanda taksit və ya digər formada geri qaytarmalıdır: “Çünki istifadəçi buna görə məsuliyyət daşıyır. Əgər güzəşt müddətində vəsait qaytarılmasa, qaydalara uyğun tədbir görülür. Kredit kartlarında güzəştlərin verilməsi və bu müddət keçdikdən sonra əlavə ödənişin hansı formada olması hər bankda fərqlidir”.

E.Əmirov vurğulayıb ki, hər kəs öz məsuliyyətini dərk etməli, bankın verdiyi güzəştlərdən yaralanıb vaxtında ödənişini etməlidir.

Almaniyanın "Commerz" Bankının Maliyyə və Riskin İdarə olunması şöbəsinin aparıcı mütəxəssisi, iqtisadçı Murad Calalov isə deyib ki, hər bankın öz qaydaları, şərtləri var.

muradc

O qeyd edib ki, bankların müştərilərinə təqdim etdiyi kartlarda vəsaitin nağdlaşdırılması və ya online alış-veriş üçün güzəşt tətbiq edilirsə, həmin kartlarda müəyyən limit olur: “Bəzi banklar daimi və ödənişlərini vaxtında edən müştəriləri üçün əlavə güzəştlər nəzərdə tutur. Bunlar ayrı-ayrı müştərilər üçündür. Ümumi qaydalar bütün müştərilər üçün keçərlidir.

Çünki banklar müştərilərdən qazanc əldə edir. Müştəri nə qədər kredit alsa, online alış-veriş etsə, kartlardan ödəmə vasitəsi kimi istifadə etsə, bank da o qədər çox qazanacaq”.

Ayşən Azadova