Close

09:50
18 Oktyabr 2024
09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

Nobel mükafatçısı Acemoğlu kimdir? - DOSYE

Həmkarları Saymon Conson və Ceyms Robinson ilə birlikdə  bu il iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülən Kamer Daron Acemoğlunun kimliyi maraq doğurur.

TNS Daron Acemoğlu ilə bağlı məlumatları təqdim edir:

1967-ci ildə İstanbulda anadan olan Acemoğlu erməni əsillidir. Atası vəkil Kevork Acemoğlu, anası şair və ədəbiyyat xadimi İrma Acemoğludur. İbtidai təhsilini İstanbuldakı Aramyan Uncuyan erməni ibtidai məktəbində alıb, 1986-cı ildə Qalatasaray Liseyini bitirib.

O, bakalavr təhsilini İngiltərənin York Universitetində riyazi iqtisadiyyat və ekonometriya ixtisası üzrə alıb. 1989-cu ildə oradam məzun olub, London İqtisadiyyat Məktəbində magistr pilləsini bitirib. 1992-1993-cü illərdə London İqtisadiyyat Məktəbində dərs deyib, 1993-cü ildən ABŞ-yə gedib. O vaxtdan indiyədək Massaçusets Texnologiya İnstitutunda (MIT) işləyir.

Hazırda professor olan Acemoğlu özü kimi elm adamı olan Asuman Özdağlar ilə evlidir və cütlüyün Arda və Aras adlı iki oğlu var.

1974-cü il təvəllüdlü Asuman Özdağlar Turqut Özalın Baş nazir olduğu dövrdə dövlət naziri olmuş İsmail Özdağların qızıdır.