Close

13:20
07 Oktyabr 2024
11:52
07 Oktyabr 2024
11:33
07 Oktyabr 2024

AHİK-ə məxsus "Kurort" QSC yenidən təşkil edilir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına məxsus "Kurort" QSC yenidən təşkil edilir.

TNS xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində məlumat dərc olunub.

Məlumata görə, buna səbəb "Abşeron" İxtisaslaşdirilmiş Mədə-Bağirsaq Sanatoriyasının, "Bilgəh" Kardioloji Sanatoriyasının, "Qaranquş" İxtisaslaşdirilmiş Uroloji Sanatoriyasının, “Günəşli” İxtisaslaşdirilmiş Nevroloji Sanatoriyasının, "Şıx" Sanatoriyasının, "Naftalan" Sanatoriya-Kurort Birliyinin, "Pirşağı" Sanatoriya-Kurort Birliyinin, "Xəzər" Sanatoriyasının, "Şəki İstirahət Mərkəzi" MMC-nin, "Hacıkənd" İstirahət Evinin, "Avtonəqliyyat" Müəssisəsinin, Azərbaycan Kurortları Layihələşdirmə İnstitutu "Azərkurortlayihə"nin və "Miras" MMC-nin ona qoşulmasıdır.

Kreditorlar tələblərini Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi, 95 ünvana təqdim edə bilərlər.

Xatırladaq ki, "Kurort" 1992-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 200 min manatdır.