Avtomobil bazarında son durum – Qiymətlər də, tələbat da…
Ölkədə avtomobillərin qiymətində müşahidə olunan artım maşın bazarında canlamaya mənfi təsir göstərməyib. Maraqlıdır, qiymət artımının səbəbi nədir?
Mövzu ilə bağlı TNS-in suallarını cavablandıran iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, hazırda yerli bazarda Çin istesalı avtomobillərə böyük tələbat var: “Avtomobil bazarlarında canlanmaya səbəb olan əsas amilərdən biri Çin avtomobillərinin uyğun şərtlərlə təqdim olunmasıdır. Onlar həm lizinq, həm daxili kredit imkanları hesabına Azərbaycandakı nümayəndəlikləri vastəsi ilə Çin avtomobillərinin bazara daxil olmasına çalışırlar. ABŞ, Avropa və digər brendlərə gəlincə, bu maşınların satışı ilə məşğul olan iş adamları rəqabətə davam gətirmək üçün istifadə olunmuş avtomobilləri daxili kredit şərtləri ilə təklif edirlər. Bu səbəblərdən bir necə aydır, avtomobil bazarında müəyən canlanma var”.
İqtisadçı alim, deputat Vüqar Bayramov isə TNS-ə bildirib ki, son illər dünyada elektirikli avtomobillər çox populyardır: “Monitorinqlər göstərir ki, daha çox elektirik avtomobillərinə tələbat var. Eyni zamanda “Premium Euro-95” markalı benzindən istifadə edən avtomobillərə də maraq artıb.
Bütün bunlar avtomobil bazarında canlanmaya səbəb olur.
Çində istehsal olunan elektirik maşınlarına təlabat yüksəkdir. Bu da bəzi avtomobillər üzrə qiymətə təsir edir”.
Ayşən Azadova