“İstisu” Minskdə: ixracına dair protokol imzalandı - YENİLƏNİB
Azərbaycanın azad edilmiş ərazilərində istehsal edilən ilk məhsul olan “İstisu”-nun Belarusda təqdimatı olub.
TNS-in xəbərinə görə, təqdimatda Azərbaycanın Baş naziri Əli Əsədov, Belarus Respublikasının Baş naziri Roman Qolovçenko iştirak edib.
Azərbaycan və Belarusun müvafiq şirkətləri arasında Kəlbəcərdə zavodda qablaşdırılan “İstisu”-nun bu ölkəyə ixracı ilə əlaqədar niyyət protokolu imzalanıb.
13.19
Bu gün azad edilmiş ərazilərdə istehsal edilən ilk məhsul olan “İstisu”-nun Belarusda təqdimatı olacaq.
TNS-in xəbərinə görə, təqdimatda Baş nazir Əli Əsədov iştirak edəcək.
Tədbir çərçivəsində Kəlbəcərdə zavodda qablaşdırılan “İstisu”-nun bu ölkəyə ixracı ilə əlaqədar niyyyət protokolunun imzalanması da nəzərdə tutulur.