Close

İsrail-İran müharibəsi neftin qiymətinə necə təsir edəcək?

Neft ölkəsi olan İranla İsrail arasında yaranan gərginlik dünyada bu məhsulun qiymətinə necə təsir göstərəcək? Müharibənin başlaması Azərbaycan neftinə olan təlabatı artıra bilərmi?

Bu barədə TNS-ə açıqlama verən iqtisadçı Samir Heydərov bildirib ki, İsrail İranın neft-sənaye obyektlərinə havadan zərbələr endirsə, neftin qiymətinin ciddi şəkildə artacağını demək mümkündür: “Amma qlobal güclər İranın neft infrastrukturunun İsrail tərəfindən bombalanmasında maraqlı deyillər. İsrail-İran munaqişəsi indiki halda neft bazarına elə də ciddi təsir göstərməyib. Munaqişə başlayandan “Brent” markalı neftin qiyməti barel üzrə cəmi 4 dollar artıb. Fikrimcə, neftin qiyməti daha çox OPEC üzvü olan dövlətlərin hasilatin artırılması ilə bağlı qərarına adekvat reaksiya verə bilər. Hazırda belə bir qərar yoxdur”.

O, keçən həftə “Wall Street Journal”da bu barəd məqalə dərc olunduğunu xatırladıb: “Məqalədə qeyd edilib ki, Səudiyyə Ərəbistanının energetika naziri OPEC+ ölkələrinin hasilatın məhdudlaşdırılmasına dair razılığa əməl etməyəcəyi təqdirdə, Səudiyyə Ərəbistanının da hasilatı artıracağını deyib. Bu xəbərə neft bazarından adekvat reaksiya oldu, “Brent” markalı neftin qiyməti 80 dollardan 70 dollaradək kimi endi.

Amma bu gün OPEC xəbəri təkzib etdi. Goründüyü kimi, dünya siyasətində bütün cəbhələrdə müharibə gedir. İnformasiya müharibəsi bu müharibənin əsas seqmentidir”.

Ayşən Azadova