Close

20:50
19 Sentyabr 2024
20:30
19 Sentyabr 2024

Minimum əməkhaqqı ilə bağlı müzakirələr nə vaxt başlayacaq?

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən noyabrın 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərin hazırlanması gözlənilir.

Məhz həmin təklif hazırlandıqdan sonra hökumətdə minimum əməkhaqqının artırılması ilə bağlı müzakirələr davam etdiriləcək".

Bunu TNS-ə açıqlamasında iqtisadçı-alim, Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, təklifləri minimum əməkhaqqında ikirəqəmli artımın həyata keçirilməsi ilə bağlıdır: "Təklifimiz minimum əməkhaqqının artırıldığı 2023-cü ilin yanvarından sonra keçən dövrdə həm nominal orta aylıq əməkhaqqındakı artım faizini, eyni zamanda inflyasiya səviyyəsini nəzərə almaqla minimum əməkhaqqındakı artım faizini müəyyənləşdirilməsi ilə bağlıdır. Biz ikirəqəmli artımın həyata keçirilməsini təklif edirik. Minimum əməkhaqqında olan artım həssas qrupların sosial təminatının daha da yaxşılaşdırılması baxımından vacibdir".

Qeyd edək ki, minimum əməkhaqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artırılaraq 345 manat olub. Bütövlükdə, son 5 ildə minimum əməkhaqqı 2,7 dəfə artırılıb.

Aygün