Close

FED uçot dərəcəsini endirdi- Dollar ucuzlaşacaq?

ABŞ Federal Ehtiyat Sistemi (FED) son 4 ildə ilk dəfə faiz dərəcələrini aşağı salıb.

TNS xəbər verir ki, FED faizlərini 0,50 faiz bəndi azaldaraq 5,25% -5,50% aralığından 4,75% -5,00% faiz aralığına endirib.

Qərar ABŞ-də iqtisadi artımı qorumaq və noyabr ayında keçiriləcək prezident seçkiləri öncəsi bazarı dəstəkləmək məqsədi daşıyır.

Qeyd edək ki, uçot dərəcəsi dünya üzrə ABŞ dollarının dəyərini müəyyənləşdirir. Onun azalması valyutanı ucuzlaşdıra bilər.