Close

22:00
18 Sentyabr 2024

Azərbaycan və Pakistan ortaq Ticarət və Sənaye Palatası yaradacaq

Pakistanda Azərbaycan Ticarət Evi və ortaq Ticarət və Sənaye Palatası yaratmaqla bağlı layihələr üzərində çalışırıq.

TNS xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Pakistan Biznes Forumunda iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.

S.Bəşərli bildirib ki, 2023-cü ildə Azərbaycan və Pakistan arasında ticarət dövriyyəsinin həcmi 27 milyon ABŞ dolları olub:

"Bunun böyük hissəsini Azərbaycanın Pakistandan idxal etdiyi məhsullar təşkil edir. Lakin qarşılıqlı ticarəti inkişaf etdirmək üçün böyük potensial mövcuddur".