Close

21:58
17 Sentyabr 2024

Azərbaycan Rusiya ilə aqrar məhsulların təchizatını artırmağı müzakirə edib

Azərbaycan və Rusiya arasında kənd təsərrüfatı məhsullarının təchizatının artırılması müzakirə olunub.

TNS bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir.

Məlumata görə, bu gün Baş nazirin müavini Şahin Mustafayev Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut ilə görüşüb.

Görüşdə dövlət başçılarının birgə səyləri nəticəsində iki ölkə arasında ikitərəfli əlaqələrin siyasi, ticarət-iqtisadi, energetika, nəqliyyat-tranzit, humanitar və bir çox digər sahələrdə yüksək inkişaf dinamikası nümayiş etdirdiyi bildirilib. Vurğulanıb ki, iki ölkə arasında iqtisadiyyatın bütün istiqamətlərində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf edir.

Azərbaycanın Rusiyaya kənd təsərrüfatı məhsullarının əsas tədarükçülərindən biri olduğu qeyd edilib. Kənd təsərrüfatı məhsullarının təchizatının artırılması ilə bağlı qarşılıqlı maraq ifadə olunub.

Görüşdə iki ölkə arasında aqrar-sənaye kompleksinin müxtəlif istiqamətlərində əməkdaşlığın genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.