Close

21:58
17 Sentyabr 2024

Qızılın qiyməti tarixi maksimuma çatdı

Dünyada qızılın qiyməti bahalaşıb.

TNS xəbər verir ki, bu barədə Nyu-York əmtəə birjasının Comex bölməsinin ticarət məlumatlarında bildirilib.

Belə ki, qızılın 1 unsiya üçün qiyməti 2569,6 dollar təşkil edib.

Qızılın qiyməti üzrə əvvəlki tarixi rekord 2024-cü il avqustun 20-də qeydə alınıb – 1 unsiya üçün 2450 dollar.