Azərbaycana 3 milyard dollar xarici investisiya yatırılıb
19
12:02 - 12 Sentyabr 2024
2024-cü ilin ilk yarısında Azərbaycanın neft-qaz və qeyri-neft-qaz sektoruna ümumilikdə 3 milyard ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırılıb.
TNS xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov brifinqdə deyib.
O qeyd edib ki, kapital repatriasiyası isə 3,4 mlrd. dollar təşkil edib:
"Azərbaycandan xaricə yatırılan birbaşa xarici investisiyalar isə cəmi 998 milyon ABŞ dolları (2023-cü ilin eyni dövründə 0,6 mlrd. dollar) olub".