Azərbaycanda dollar bahalaşacaq? - AÇIQLAMA
Son zamanlar cəmiyyətdə müzakirə olunan, sual doğuran məsələlərdən biri manatın ucuzlaşıb-ucuzlaşmayacağı, dolların qiymətinin yüksələcəyi ilə bağlıdr. Gələcək aylarda manat dəyər itirə bilərmi?
TNS məsələ ilə bağlı iqtisadçı-alim, deputat Vüqar Bayramovun fikirlərini öyrənib.
İqtisadçı bildirib ki, manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılıdır: “Azərbaycan üzən valyuta məzənnəsinə keçməyib. Ona görə də manatın dollara, eləcə də digər xarici valyutalara nisbətən məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır. Mərkəzi Bankın pul-kredit siyasətində açıq şəkildə qeyd olunur ki, bütövlükdə həm ölkəyə daxil olan valyuta həcmi, həm də valyuta bazarındakı tələb-təklifə uyğun olaraq qərarlar qəbul olunur. Lazım olanda intervensiya edir. Ona görə də növbəti dövrlər üçün Mərkəzi Bankın mövqeyi həlledici olaraq qalacaq”.
Ekspert qeyd edib ki, manatın məzənnəsinə təsir göstərən faktorlardan biri də neftin qiymətidir: “Təbii ki, manatın məzənnəsinə təsir göstərən faktorlardan biri də neftin qiymətidir. Çünki neftin qiyməti ölkəyə daxil olan valyuta həcminə birbaşa təsir göstərir. Bu konteksdən həm ölkəyə daxil olan valyuta həcmi, həm neftin qiyməti növbəti dövlər üçün Mərkəzi Bankın qərarlarına təsir göstərən əsas meyar olaraq qalmaqdadır. Amma dediyim kimi, bütün hallarda manatın məznnəsi ilə bağlı qərar Mərkəzi Bank tərəfindən verilir”.
Aygün