Azərbaycan və Albaniya turizm sahəsində əməkdaşlıq istiqamətlərini müəyyən ediblər
10
13:44 - 11 İyun 2024
Azərbaycan və Albaniya üzv olduqları beynəlxalq təşkilatlar, xüsusilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) və BMT-Turizm çərçivəsində əməkdaşlıq edəcək.
TNS xəbər verir ki, bununla bağlı fikir mübadiləsi Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Albaniyanın ətraf mühit və turizm naziri Mirela Kumbaro arasında keçirilən görüşdə aparılıb.
Görüş zamanı, həmçinin turizm təhsili, xidmət sahəsi üzrə kadrların hazırlanması, assosiasiyalar və özəl sektorla tərəfdaşlıq imkanları müzakirə edilib.
Əlaqəli xəbərlər
13:15
05 Sentyabr 2024
12:14
04 Sentyabr 2024