Bakıda orta aylıq əməkhaqqı 1200 manata çatır
49
11:00 - 02 Oktyabr 2023

Bakıda çalışanların orta aylıq maaşı açıqlanıb.
TNS xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Bildirilib ki, 2023-cü ilin yanvar-iyul aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,1 faiz artıb.
Paytaxtda orta aylıq nominal əməkhaqqı 1179,8 manat təşkil edib.