Close

Rusiya baş naziri Azərbaycanın da daxil edildiyi siyahını təsdiqlədi - Bundan sonra...

Xarici kredit təşkilatlarına, dost və neytral ölkələrin brokerlərinə Rusiya valyuta bazarında, eləcə də törəmə alətlər bazarında ticarət etməyə icazə veriləcək.

TNS xəbər verir ki, bununla bağlı Rusiyanın Baş naziri Mixail Mişustin sərəncam imzalayıb.

Siyahıya 30-dan çox ölkə, o cümlədən Azərbaycan da daxil edilib. 

Qərar 2023-cü ilin iyulunda qəbul edilmiş “Mütəşəkkil ticarət haqqında” Federal Qanunun yeni normalarını həyata keçirmək üçün hazırlanıb.

Bu normalar dost və neytral ölkələrin milli valyutalarının birbaşa konvertasiyası mexanizminin səmərəliliyinin artırılmasına və Rusiya iqtisadiyyatının milli valyutada hesablaşmalara olan tələbatının ödənilməsi üçün rubla birbaşa kotirovkaların formalaşdırılmasına yönəlib.