Millimizin baş məşqçisi istefaya göndərilir
5
09:37 - 30 May 2025

Futzal üzrə milli komandanın baş məşqçisi Vitali Borisov tezliklə istefaya göndəriləcək.
TNS xəbər verir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, Futzal Federasiyasının rəhbərliyi yığmanın Avropa çempionatının seçmə mərhələsindəki çıxışından razı qalmayıb.
Belə olan halda bütün günahları baş məşqçidə görən rəhbərlik Borisovla vidalaşmağa hazırlaşır. İstefanın yaxın günlərdə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, millinin yeni baş məşqçisinin də yerli olacağı gözlənilir.