Close

Bu gün pley-off matçı keçiriləcək

Bu gün Azərbaycan 2-ci liqasına vəsiqə uğrunda pley-off qarşılaşması keçiriləcək.

TNS xəbər verir ki, 2-ci liqada 13-cü pilləni tutan "Lerik" AFFA Region Liqasının finalçısı "Şirvan"la qarşılaşacaq.

"ASCO Arena"da keçiriləcək bu matçda qalib gələcək komanda növbəti mövsüm 2-ci liqada mübarizə aparacaq. Məğlub olan komanda isə Region Liqasında iştirak edəcək. 

Saat 16:00-da başlayacaq oyunu FİFA referisi Əliyar Ağayev idarə edəcək.

16:00 "Lerik" - "Şirvan"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli
VAR: Cavid Cəlilov
AVAR: Əli Əliyev