Close

Arda Turan bu klubun baş məşqçisi olacaq

Türkiyə millisi, "Atletiko Madrid" və "Barselona"nın sabiq futbolçusu Arda Turan "Şaxtyor"un baş məşqçisi təyin ediləcək.

TNS xəbər verir ki, 38 yaşlı türkiyəli mütəxəssis Ukraynanın "Şaxtyor" klubu ilə 2 illik müqavilə imzalayıb. Rəsmi təqdimat bu həftə baş tutacaq.

Qeyd edək ki, Arda Turan 2023-cü ildən Türkiyə çempionatında 6-cı yeri tutan “Eyüpspor”un baş məşqçisi idi.