Close

Ten Haq rəsmən "Bayer"də

Erik Ten Haqın "Bayer"ə baş məşqçi təyinatı rəsmiləşib.

TNS xəbər verir ki, bu barədə Almaniya klubunun saytı məlumat yayıb.

Niderlandlı mütəxəssislə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb. O, bu vəzifədə "Real"a baş məşqçi təyin olunan Xabi Alonsonu əvəzləyib.

Qeyd edək ki, Ten Haq ötən il "Mançester Yunayted"dən ayrıldıqdan sonra işsizdir.