Close

Bu klubda şok istefa - Müqavilə ləğv edildi

"Kəpəz” klubunda gözlənilməz hadisə baş verib.

TNS Qol.az-a istinadla xəbər verir ki, baş məşqçi Azər Bağırov klubla yolları ayırıb. O, qarşılıqlı razılıq əsasında Gəncə təmsilçisi ilə müqaviləni ləğv edib. 

A.Bağırov bu gün “Turan Tovuz”la matçda “Kəpəz”i son dəfə oyuna çıxarıb. 

Qeyd edək ki, A.Bağırov bu mövsüm “Kəpəz”i Premyer Liqada saxlamağı bacarıb. Onun klubun yeni rəhbərliyi dövründə də “Kəpəz”lə əməkdaşlığı davam etdirəcəyi gözlənilirdi.