"Barselona"nın hücumçusu "Monako"ya keçməyə yaxındır
23
17:20 - 24 May 2025
Fransanın "Monako" futbol klubu "Barselona"nın hücumçusu Ansu Fatini heyətinə qatmağa yaxındır.
TNS xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
"Monako" 22 yaşlı ispaniyalı futbolçunu gələcəkdə heyətinə qatmaq şərti ilə icarəyə götürməyi planlaşdırır.
Artıq A.Fatinin də Fransa klubuna keçməyə razılıq verdiyi bildirilir.