Millimiz İngiltərəyə qalib gəldi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının 1-ci seçmə mərhələsində (EBSL) ilk oyununu keçirib.
TNS xəbər verir ki, B Liqasının A qrupunda yer alan millimiz İngiltərə yığması ilə qarşılaşıb.
İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş Sahib Məmmədovun çalışdırdığı millimizi 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Ramil Əliyev iki, Sahib Məmmədov və Bayram Bayramlı hərəyə bir dəfə fərqləniblər, bir qol isə avtoqol kimi qeydə alınıb.
Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyunlarını mayın 24-də Belçika (13:00), 25-də isə Litva (14:15) seçməsinə qarşı keçirəcək.