2-ci liqanın çempionu oldular

Bu gün Azərbaycan 2-ci liqasında mövsümə yekun vurulub.
TNS xəbər verir ki, 26-cı turun son oyun günündə 4 matç keçirilib. 2024/25 mövsümünün çempionu da məhz son turda - bu gün bəlli olub.
Lider "Şahdağ Qusar" "Dinamo" ilə qolsuz heç-heçə edib. Bununla da qusarlılar turnirin çempionu olublar.
Onların ən yaxın izləyicisi, 2-ci pillədəki "Şəfa" isə səfərdə "Qusar"la qarşılaşıb və 9:0 hesablı qələbə qazanıb. "Şahdağ Qusar" 72, "Şəfa" isə 71 xalla turniri başa vurub.
Bu gün həmçinin "Şəmkir" "Şəki Siti" ilə, "Araz-Saatlı" isə "Haypers Quba" ilə üz-üzə gəlib.
Qeyd edək ki, daha əvvəl 2-ci liqa təmsilçilərindən "Şahdağ Qusar", "Şəfa", "Şimal" 1-ci liqaya vəsiqəni təmin edib.
21 may (çərşənbə)
17:00.“Şəmkir” – “Şəki Siti” - 2:0
Qollar: A.Tağıyev, 57; V.Cəfərov, 65 - pen.
Hakimlər: Ruslan Quliyev, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Namiq Bəkirov
Şəmkir OİK stadionu
17:00.“Araz Saatlı” – “Haypers Quba” - 0:2
Qollar: H.Novruzov, 36; C.İmamverdiyev, 90+4- pen.
Qırmızı vərəqə: R.İbrahimov, 70 ("Araz Saatlı"); A.Həşimli, 70 ("Haypers Quba")
Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Samir Qaracayev, Vüqar Həsənli
Saatlı OİK stadionu
17:00.“Dinamo” – “Şahdağ Qusar” - 0:0
Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Rəhman Aslanov, İslam Məmmədov
Binə qəsəbə stadionu
17:00.“Qusar” – “Şəfa” - 0:9
Qollar: E.Zamanov, 14; Ə.Hüseynov, 22; A.Yunanov, 27 - pen; 40, 54, 72; Ü.Quliyev, 76, 79; S.Ağayev, 82
Qırmızı vərəqə: R.Rüstəmov, 26 ("Qusar")
Hakimlər: Kamranbəy Rəhimov, Müslüm Əliyev, Mirnihad Seyidov, Rövşən Rəcəbov
Neftçi Futbol Mərkəzi (IV meydança)
20 may (çərşənbə axşamı)
“Füzuli” – “Lerik” - 0:1
“Kür-Araz” – “Ağdaş” - 1:4
“Şimal” – “Göygöl” - 2:0