Əvvəl Maradona, indi də Yamal

“Barselona”nın futbolçusu Lamin Yamal yeni mövsümdə forma nömrəsini dəyişəcək. 17 yaşlı vinger 10 nömrəli formada çıxış edəcək.
TNS xəbər verir ki, bu barədə “Managing Barça” portalı məlumat yayıb.
Yamal 19 nömrəsini klubun əfsanələri Lionel Messi, Ronaldinyo və Dieqo Maradonanın əvvəllər oynadığı 10 nömrəyə dəyişəcək. 10 nömrə hazırda Ansu Fatiyə məxsusdur.
Yamalın yeni forma nömrəsini 18 yaşı tamam olanda, iyulun 13-də alacağı gözlənilir.
Həmçinin bildirilir ki, ispaniyalı futbolçu “Barselona” ilə 1 milyard avroluq satın alma maddəsi ilə yeni müqavilə imzalayacaq.
Qeyd edək ki, bu mövsüm Yamal "Barselona"nın heyətində bütün turnirlərdə 54 oyun keçirib, 18 qol vurub və 25 məhsuldar ötürmə edib.