"Qızıl top"un verilmə vaxtı açıqlandı
7
21:40 - 19 May 2025

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının təqdimetmə mərasiminin vaxtı açıqlanıb.
TNS xəbər verir ki, bu barədə məlumat jurnalın sosial şəbəkə hesablarında paylaşılıb.
Mərasim sentyabrın 22-də Fransanın paytaxtı Parisdə yerləşən “Şatle” teatrında keçiriləcək.
Qeyd edək ki, ötən il “Qızıl top” mükafatını "Mançester Siti"nin (İngiltərə) yarımmüdafiəçisi Rodri qazanıb.