Özü çempionatda idi, evi qarət edildi
17
14:58 - 19 May 2025

"Lion"un hücumçusu Aleksandr Lyakazettin evi qarət edilib.
TNS xəbər verir ki, hadisə Fransa çempionatının 34-cü turunun "Anje" ilə oyunu (2:0) zamanı olub.
Oğurluq oyun başlayandan yarım saat sonra baş verib.
Qarəti iki şəxs törədib. Onlar evdən qızıl-zinət əşyaları və pul oğurlayıblar. Zərərin ümumi məbləği 10 min avrodan çoxdur. Polis faktla bağlı araşdırmalara başlayıb.