Messi futbol tarixinin ən yaxşı seçildi - Ronaldo "3-lük"dən kənarda qaldı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tarixin ən yaxşı 10 futbolçusunun siyahısını dərc edib.
TNS Teleqraf-a istinadən xəbər verir ki, reytinqə argentinalı Lionel Messi başçılıq edir.
İkinci yeri əfsanəvi Pele (Braziliya) tutur. İlk üçlüyü Dieqo Maradona (Argentina) tamamlayıb.
Portuqaliyalı hücumçu Kristiano Ronaldo isə 4-cü yerdə qərarlaşıb.
İlk "10-luq"da həmçinin Yohan Kroyff (Niderland), Ronaldo Nazario (Braziliya), Zinəddin Zidan (Fransa), Frans Bekkenbauer (Almaniya), Alfredo Di Stefano (İspaniya) və Ronaldinyo (Braziliya) da yer alıb.
Qeyd edək ki, 38 yaşlı Lionel Messi DÇ-2022, iki dəfə Amerika kubokunun qalibi və 8 dəfə “Qızıl top” mükafatının qalib olub. O, hazırda ABŞ-nin "İnter Mayami" klubunda çıxış edir.