Almaniya çempionatına yekun vuruldu
3
21:00 - 17 May 2025

Futbol üzrə Almaniya çempionatının 2024/2025-ci il mövsümünə yekun vurulub.
TNS xəbər verir ki, sonuncu tur çempionluğunu təmin edən “Bavariya” və ikinci olan “Bayer Leverkuzen” üçün formal xarakter daşıyıb.
Bu tur “Borussiya Dortmund” üçün vacib olub. Belə ki, dortmundlular UEFA Çempionlar Liqasına vəsiqəni təmin etmək üçün “Holstayn Kiel”ə 3:0 hesabı ilə qalib gəliblər.
Beləliklə, “Bavariya” 82 xalla 34-cü dəfə Almaniya çempionu adını qazanıb.