Close

"Bavariya"nın təklifini rədd etdi

"Bavariya"nın futbolçusu Leroy Sane klubun yeni müqavilə təklifini qəbul etməyib.

TNS xəbər verir ki, bu barədə "Sky Sports" nəlumat yayıb.

Münhen təmsilçisi hazırda ildə 20 milyon avro qazanan 29 yaşlı vingerə 10 milyon maaş və əlavə olaraq 5,5 milyon bonus olmaqla 1 illik müqavilə təklif edib. Klub həftəsonu üçün son tarix təyin edib.

Sane isə "Bavariya"nın təklifinə məhəl qoymaq fikrində deyil. Əgər futbolçu razılaşmasa, qarşıdan gələn yayda azad agent olacaq.

Qeyd edək ki, Leroy bu mövsüm Bundesliqada 29 matçda 11 qol vurub və 5 məhsuldar ötürmə verib.