Close

"Barselona" çempionlar paradı keçirdi - FOTO

"Barselona" klubu çempionlar paradı təşkil edib.

TNS İspaniya mətbuatına istinadən xəbər verir ki, komanda açıq tavanlı avtobusla Barselona küçələrində hərəkət edib.

Katalon klubunu minlərlə azarkeşi müşayiət edib.

Xatırladaq ki, 36-cı turda "Espanyol"u 2:0 hesabı ilə məğlub edən "Barselona" 85 xal toplayaraq, liqanın son 2 turunda ən yaxın təqibçisi "Real Madrid"dən 7 xal irəli düşüb. Karlo Ançelottinin komandasının "Barselona"nı qabaqlamaq üçün artıq riyazi şansı qalmayıb.

Ekran_skli_2025-05-16_235105

Ekran_skli_2025-05-16_235100

Ekran_skli_2025-05-16_235121

Ekran_skli_2025-05-16_235113