Close

Ançelotti 1-ci, Flik 2-ci

"Barselona"nın çalışdırıcısı Hans-Diter Flik La Liqa çempionu olan 2-ci ən yaşlı məşqçidir.

TNS xəbər verir ki, ötən gün onun komandası “Espanyol”a qalib gələrək (2:0) sona 2 tur qalmış çempionluğu rəsmiləşdirib. 

Almaniyalı mütəxəssisin hazırda 60 yaşı var. Bu, onun ilk İspaniya çempionluğudur. La Liqa tarixində ilk çempionluğunu yaşayan əlli yaşlı məşqçi isə Karlo Ançelottidir. O, 2022-ci ildə 62 yaşında "Real"la La Liqanı qalibi olmuşdu.

3-cü pilləni isə 2018-ci ildə "Barselona" ilə ilk dəfə titul qazanan Ernesto Valverde (54) və 1973-cü ildə "Atletiko" ya rəhbərlik edən Maks Merkel (54) bölüşür.