"Barselona" Rafinya ilə müqavilə müddətini uzatmağa yaxındır

İspaniya təmsilçisi "Barselona" futbolçusu Rafinya ilə müqavilə müddətini uzatmağa yaxındır.
TNS "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Braziliya millisinin üzvünün yeni sözləşməsi 2029-cu ilin yayına qədər nəzədrdə tutulub.
Hazırda tərəflər təzminat məbləği də daxil olmaqla, müqavilənin detallarını müzakirə edirlər. Mənbənin sözlərinə görə, bu məsələlər danışıqlara mənfi təsir göstərməyəcək.
Qeyd edək ki, Rafinyanın "Barselona" ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ildə başa çatacaq. Sözləşmə yeniləndikdən sonra hücumçu kataloniyalıların heyətində ən yüksək maaş alan futbolçularından birinə çevriləcək.