Close

Diniyev oynadı, komandası uduzdu

Türkiyə birinci liqasında 38-ci turun oyunları keçirilir. 

TNS xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi “Çorum” səfərdə “İstanbulspor”la qarşılaşıb. Görüş İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Diniyev meydana start heyətində çıxıb və 46-cı dəqiqədə əvəzlənib. 

Hazırda “Çorum” 54 xalla 10-cu pillədə qərarlaşıb.